Xidmətlər

Kombistore.az aşağıdakı xidmətləri təklif edir:

1)    Satış

 Nağd satış

İstədiyiniz məhsulu əvvəldən saytdan və ya telefonla sifariş verərək istər mağazadan, istərsə də çatdırılma ilə əldə edə bilərsiniz. Ödənişi həm nağd, həm də bank kartı ilə edə bilərsiniz

 Nisyə satış

Saytımıza daxil olaraq istədiyiniz məhsulu seçərək, məhsulun səhifəsind olan “Hissəli satış kalkulyatoru” ilə mağazaya gəlmədən sizə uyğun ilkin ödənişi, uyğun ayı seçərək aylıq ödənişlə tanış ola bilərsiniz. Sənəd və digər məsələlər üçün ofisə yaxınlaşaraq sifarişi rəsmiləşdirə bilərsiniz

Taksitli satış

BİRKART  vasitəsilə istədiyiniz məhsulu seçərək aylara bölə bilərsiniz. Əgər BİRKART limitiniz sifariş məbləğindən çox olduğu təqdirdə, müəyyən hissəsini istər nağd şəkildə, istərsə daxili nisyə satışla, geri qalan hissəsini BİRKART-la əldə edə bilərsiniz.

 2)    Pulsuz çatdırılma

Azərbaycanın bütün bölgələrinə çatdırılma ödənişsizdir. Bakı və Sumqayıta 1 gün ərzində, Bölgələrimizə 2 gün ərzində çatdırılma ödənişsiz olaraq həyata keçirilir. Həftəsonu və qeyri-iş günləri ilə bağlı çatdırılma ilə bağlı müştəri xidmətləri ilə əlaqə saxlayıb dəqiqləşdirə bilərsiniz.

Sifarişin çatdırılmasına başlamazdan öncə müştəri xidməti üzrə əməkdaşlarımız sifarişin yekun təsdiqi və çatdırılma ünvanını dəqiqləşdirmək üçün müştəri ilə əlaqə saxlayır. Çatdırılmaya məsul əməkdaş isə ünvana yetişməyə 30 dəqiqə qalmış ünvanı dəqiqləşdirmək üçün müştəriyə zəng edir. Sifariş müştəriyə çatanadək o, qeyd olunan zəngləri qəbul etməyə hazır olarsa, sifarişinin harada olduğunu təqib edə bilər. 


Çatdırılma gününü və ünvanını dəyişmək olarmı?

Bu mümkündürLakin müştəri bunu edəcəyi zaman mütləq müştəri xidmətləri üzrə nümayəndəmizə zəng etməli və dəyişiklik barəsində xəbərdar etməlidir.

Sifariş çatdırılıb təhvil verilərkən müştəri nələrə diqqət yetirməlidir?

Sifariş Müştəriyə təhvil verildikdən sonra aşağıdakı məqamlara mütləq diqqət yetirilməlidir:
Sifariş düzgünlüyünü və onun xarici görünüşünün doğruluğunu yoxlamaq;
Məhsul və kassa çekinin mövcudluğu;
Sürücü ilə hesablaşmaq;
Yarana biləcək hər hansı sual ilə bağlı sürücü ilə deyil, Kombistore.az müştəri xidməti üzrə nümayəndəsi ilə əlaqə saxlamaq lazımdır.

DiqqətSifarişin ləğv edilməsi

Əgər müştəri sifarişi təsdiq edibsə, lakin çatdırılma ərəfəsində hər hansı səbəbdən (telefon sönüb, şəbəkə xidməti xaricindədir və s.) telefon zənglərinə cavab vermirsə, çatdırılma ünvanında heç kim yoxdursa (qapı zənginə heç kim cavab vermirvə ya müştərinin verdiyi ünvan yanlışdırsa (həmin adda evküçə mövcud deyilsə və s.):

1. Sürücü 15 dəqiqə ərzində qeyd olunan ünvanda müştərini gözləyəcək.
2. 
Müştəri xidməti üzrə nümayəndəmiz müştəriyə yoxlama zəngi edəcək.
3. Ə
gər Müştərinin telefonu 15 dəqiqə ərzində çağrılara cavab verməzsə, sürücüyə çatdırılma ünvanını tərk etmək barədə göstəriş veriləcək.
4. Yekunda Müştərinin Sifarişi ləğv ediləcək.

3)    Rəsmi zəmanət

Kombistore.az-dan aldığınız məhsullara istehsalçı zəmanəti verilir. Zəmanət şərtləri ilə bağlı daha ətraflı məlumat üçün Zəmanət bölməsini ziyarət edin

 4)    Texniki servis

Kombistore.az satdığı bütün kombilərə quraşdırılma xidməti verir. Zəmanət müddəti və şərtləri daxilində servis pulsuzdur, digər şərtlərdə çağrı mərkəzinə zəng vuraraq ödənişli servis xidməti sifariş verə bilərsiniz. Servis mütəxəssisi ünvana yaxınlaşaraq problem araşdırdıqdan sonra servis menecerinə məlumatları ötürür.  Müştəriyə yekun olaraq şirkət tərəfindən rəsmi şəkildə problem aradan qaldırmaq üçün həm ehtiyat hissəsi həm də xidmət haqqı olan təklif forması təqdim edilir. Təklif forması təsdiqləndikdən sonra servis xidməti icra olunur

 5)    Pulsuz hesablama

Sizə lazım olan və ya ustanızın yazdığı siyahını bizim whatsapp nömrəmizə göndərərək pulsuz hesablatdırıb bizdən də təklif ala bilərsiniz. Saytımıza daxil olub hər hansı bir məhsula daxil olaraq Təklif Al bölümündən evinizin göstəricilərini daxil edərək bizə göndərin, mühəndisimiz sizə lazım olacaq məhsul siyahısını kombi və radiator daxil hesablayıb sizə geri dönüş edək. Xidmət pulsuzdur