"Kombistore.az" saytında sizə təklif olunan bütün məhsullara istehsalçı tərəfindən 2 il müddətinə qədər rəsmi istehsalçı zəmanəti verilir.
"Kombistore.az" saytından sifariş etdiyiniz məhsulları qəbul edərkən öncə onların xarici görünüşünü diqqətlə yoxlayın. Hər hansı bir nöqsan aşkarlayacağınız halda siz sifarişdən imtina etmək hüququnuzdan istifadə edə bilərsiniz.
Alışdan sonrakı istismar müddətində əldə etdiyiniz məhsullarda hər hansı nöqsan meydana çıxarsa, dərhal müştəri xidmətləri ilə əlaqə saxlayın , servis üzrə ixtisaslaşmış əməkdaş yerində məhsul üzrə ekspertiza həyata keçirəcək.
Zəmanətə nələr daxildir:
Zavod qüsuru
Zavod ehtiyat hissələrinə 2 il
Zəmanətə nələr daxil deyil:
Elektrik cərayan tənzimləyici olmadan kombini çalışdırmaq
Bütün təmizləmə xidmətlərinə(ərp, toz, çirk, pas, yağ, və s)
Qaz xəttində təzyiqin az və ya çox olmasına
Donma nəticəsində sıradan çıxan ehtiyat hissələrinə və onların əvəzlənməsinə
Kombinin quraşdırılıb zəmanət yazılandan sonra olduğu mühitin dəyişməyinə görə(qapalı şəraitdə olub sonra açıq havada olmağı və s)
Kombistore servis mütəxəssislərindən başqa kəslərin cihaza müdaxiləsi səbəbindən yaranacaq problem və fəsadlar
Kombi hamam otağına quraşdırılarsa