Kombistore.az satdığı bütün kombilərə quraşdırılma xidməti təklif edir. Zəmanət müddəti və şərtləri daxilində servis pulsuzdur, digər şərtlərdə çağrı mərkəzinə zəng vuraraq ödənişli servis xidməti sifariş verə bilərsiniz. Servis mütəxəssisi ünvana yaxınlaşaraq problem araşdırdıqdan sonra servis menecerinə məlumatları ötürür. Müştəriyə yekun olaraq şirkət tərəfindən rəsmi şəkildə problem aradan qaldırmaq üçün həm ehtiyat hissəsi həm də xidmət haqqı olan təklif forması təqdim edilir. Təklif forması təsdiqləndikdən sonra servis xidməti icra olunur
Servis çağırışını bütün ölkə üzrə edə bilərsiniz, xidmət haqqı 30 azn-dir. 1-2 iş günü ərzində servis işçimiz sizin ünvana yaxınlaşacaq.